SOCAR-ın törəməsi yenidən təşkil edilir
Energetika
- 17 mart, 2025
- 13:52
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR Midstream Operations” MMC (SMO) yenidən təşkil edilir.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Qərara əsasən, “SOCAR Midstream Operations”dan “SOCAR Midstream Gas Operations” MMC (SMGO) ayrılır.
Yenidən təşkil nəticəsində SMO-nun nizamnamə kapitalı 59 501 000 manatdan 1 000 manata endirilir, onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq SMGO-ya ötürülür.
Xatırladaq ki, SMO qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil etmək məqsədilə 2015-ci ildə yaradılıb. Yeni təsir olunan şirkət isə hələ ki, qeydiyyatdan keçməyib.
Son xəbərlər
10:34
FIBA Çempionlar Liqası: Azərbaycanın "LANDAU Lions" komandası mübarizəyə başlayır
Komanda10:33
QMİ sədri: Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir
Din10:16
Vəkilliyə qəbulla bağlı test imtahanına elektron müraciət başlayıb
Daxili siyasət10:15
Azərbaycanda 8 ayda aylıq sosial müavinət alanların sayı 178 mini ötüb
Maliyyə10:10
Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq
Region10:06
Safi Arpaquş: Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq
Din10:04
Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-ə yaxın artıb
Biznes10:03
Qebreyesus ÜST-ün Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Sağlamlıq10:00