SOCAR-ın təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

Energetika
  • 16 may, 2024
  • 08:31
SOCAR-ın təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şirkətin baş ofisi və müəssisələri tərəfindən ağacəkmə aksiyası keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və qaz çıxarma İdarəsinin ərazisində təşkil olunan ağacəkmə aksiyasında SOCAR-ın rəhbərliyi iştirak edib.

Qeyd edək ki, SOCAR-ın ekoloji siyasətinə uyğun olaraq, son illər ərzində keçirilən yaşıllaşdırma tədbirləri zamanı 1 milyondan çox, cari ildə isə 31 642 ağac, gül və gül kolları əkilib.

44 - Tezliklə