SOCAR-ın işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil edilib

Energetika
  • 04 iyul, 2017
  • 12:24
SOCAR-ın işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil edilib
Socar.az

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işçilərinin uşaqları 18 iyun-2 iyul tarixlərində Almaniyada Yay Düşərgəsi Proqramında iştirak ediblər.

“Report” SOCAR-a istinadən xəbər verir ki, proqrama müsabiqədən uğurla keçən 22 şagird qatılıb.

“SOCAR və Almaniyanın “UniPer” şirkəti arasında 19 sentyabr 2013-cü il tarixli əməkdaşlıq sazişinə əsasən mühəndislər, gənc mütəxəssislər arasında təcrübə mübadilələri aparılır, bir sıra digər layihə və proqramlar həyata keçirilir, işgüzar görüşlər təşkil olunur. Bu proqramlardan biri də SOCAR və “UniPer” əməkdaşlarının övladları üçün Almaniya və Azərbaycanda yay düşərgələrinin təşkil edilməsidir. 2014-cü ildən etibarən keçirilmiş müsabiqələr əsasında SOCAR əməkdaşlarının övladları hər il Almaniyaya səfər edib, müxtəlif şəhərlərdə bu ölkənin tarixi, mədəniyyəti və görməli yerləri ilə tanış olublar. Bu il də SOCAR əməkdaşlarının övladları arasında müvafiq müsabiqə təşkil edilib və müsabiqədən uğurla keçən 22 şagird 18 iyun-02 iyul tarixlərində Almaniya Yay Düşərgəsi Proqramında iştirak edib. Proqram çərçivəsində şagirdlər Almaniyanın 10 şəhərində olub, onlar üçün Alp dağlarının ətəklərində, Köniqsii gölü boyunca gəzinti keçirilib, Allianz Arena stadionuna, Bavariya Filmştat Mərkəzinə, “Alte Pinakotek” rəsm muzeyinə, məşhur Noyşvanştayn qalasına, Düsseldorf teleqülləsinə, Köln şokolad muzeyinə, Elm və texnologiya muzeyinə, BMW muzeyinə, “UniPer” şirkətinə turlar təşkil olunub”,- məlumatda qeyd olunub.

“UniPer” şirkətinin rəhbər nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyən olunması və inkişaf etdirilməsi məqsədi ilə 22-27 iyun tarixlərində Almaniyaya ezam olunmuş SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bir sıra görüşlər keçirib və həmin görüşlərdə SOCAR və “UniPer” arasında 2017-2018-ci illərdə həyata keçirilməsi nəzərdə tutulmuş layihələr müzakirə olunub. Səfər zamanı Asif Bəkirli “Yay düşərgəsi” layihəsinin iştirakçıları ilə görüşüb, uşaqların qalma və qidalanma şəraiti ilə yaxından tanış olub, eləcə də bilik və idman yarışlarının qaliblərinə sertifikatların təqdim olunması mərasimində iştirak edib. Sözügedən layihənin davamı olaraq Almaniyanın “UniPer” şirkətinin əməkdaşlarının 20 nəfər övladı 17-31 iyul tarixləri arasında sayca 3-cü olan Azərbaycan Yay Düşərgəsi Proqramında iştirak edəcəklər.

44 - Tezliklə