SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 10 %-ə yaxın artırıb

Energetika
  • 03 fevral, 2025
  • 09:17
SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 10 %-ə yaxın artırıb

2024-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 410,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

Bildirilir ki, bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 36,3 milyon ABŞ dolları və ya 9,7 % çoxdur.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3 % artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. 2024-cü ildə yeyinti məhsullarının ixracı 11,3 % artaraq 1,03 milyard ABŞ dollarına bərabər olub.