SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşlarına təlimlər keçirilir

Energetika
  • 15 fevral, 2017
  • 14:00
SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşlarına təlimlər keçirilir

Bakı. 15 fevral. REPORT.AZ/ SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşları üçün “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təlimlər keçirilir.

"Report" xəbər verir ki, bu barədə SOCAR-dan qeyd olunub.

Bildirilib ki, SOCAR-da insan resurslarının transformasiyası proqramı çərçivəsində İnsan Resursları Departamentinin əməkdaşları istehsalat prosesləri barədə nəzəri biliklərə yiyələnmək və gələcəkdə biznes tərəfdaş kimi xətti rəhbərlər ilə əməkdaşlığı inkişaf etdirmək məqsədilə fevralın 14-dən başlayaraq şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun mütəxəssisləri tərəfindən təşkil olunan “Qeyri-ixtisaslı mütəxəsislər üçün istehsalat” mövzusuı üzrə təlimlərə cəlb olunublar.

Fevralın 17-dək “Qeyri-ixtisaslı mütəxəssislər üçün geologiya və geofizika” üzrə, aprel ayından etibarən isə ardıcıl olaraq “Qazma və hasilat”, “Mexanika, energetika və avtomatika”, “Tikinti və quraşdırma” və “Neft-qaz sənayesində investisiyaların idarə edilməsi” üzrə təlimlərin keçirilməsi planlaşdırılıb. Daha sonra tədris olunmuş mövzular üzrə praktiki biliklərlə yiyələnmək məqsədilə təlim iştirakçılarının istehsalat sahələrinə səfərlərinin təşkili nəzərdə tutulur.

44 - Tezliklə