SOCAR-ın Etilen-Polietilen zavodunun illik istehsal həcmi açıqlanıb

Energetika
  • 16 sentyabr, 2026
  • 11:47
SOCAR-ın Etilen-Polietilen zavodunun illik istehsal həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Etilen-Polietilen zavodunda ildə 187 min ton propilen, 190 min ton etilen və 120 min ton polietilen istehsal olunur.

"Report" xəbər verir ki, bu barədə zavoda təşkil olunan mediaturda məlumat verilib.

Bildirilib ki, zavodun yüksək təzyiqli polietilen istehsalı üzrə Polimir-120 qurğusunun illik istehsal gücü 120 min ton təşkil edir. Burada LDPE (aşağı sıxlıqlı polietilen) istehsal edilir.

Müəssisənin enerji təsərrüfatı üzrə isə buxar-elektrik enerjisi istehsalı (BEEİ) həyata keçirilir. Bu sahənin məhsuldarlığı saatda 480 ton buxar, elektrik enerjisi üzrə isə 68 MVt təşkil edir.