SOCAR ilə “MOL Group” arasında Əsas Şərtlər Sazişi imzalanıb
Energetika
- 03 iyun, 2025
- 17:32
Bu gün “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb.
Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, ötən il sentyabrın 20-də şirkətlər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat layihəsinin əsas texniki və kommersiya şərtlərinin razılaşdırılması üzrə işlər aparılıb və müvafiq razılıqlar əldə olunub.
İlkin və əsas kəşfiyyat dövrlərində şirkətlər tərəfindən görüləcək işləri müəyyənləşdirən Əsas Şərtlər Sazişinə əsasən, Macarıstan şirkətinin operator olacağı layihədə “MOL Group”un 65 %, SOCAR-ın isə 35 % paya sahib olması nəzərdə tutulur.
Son xəbərlər
13:12
Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi auditor seçib
Maliyyə13:12
Mark Qiu "Çelsi"dən "Leyptsiq"ə transfer olunub
Futbol13:11
Balıqçılıq və Akvakultura Mərkəzi: Xəzərdə ov zonası 25 dəniz milinə qədərdir
ASK13:11
Azərbaycan və Pakistanın XİN başçıları ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər
Xarici siyasət13:09
Sahibə Qafarova Parlamentlərarası İttifaqda rəhbər vəzifəyə namizədliyini irəli sürüb
Digər13:08
Emi Karlon Nahid Bağırovla Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib
Xarici siyasət13:06
"Gəncə" amerikalı basketbolçu Nik Ellinqtonu heyətinə qatıb
Fərdi13:04
Su obyektlərindən istifadə üzrə yeni ödənişlər şəxsi təsərrüfatlara aid edilməyəcək
İnfrastruktur13:01