SOCAR I rübdə ixrac etdiyi neftin həcmini açıqlayıb
Energetika
- 08 may, 2024
- 12:20
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici bazarlara 3 milyon 911 min 173 ton neft ixrac edib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 712 min 048 min ton və ya 15,4 % azdır.
Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.
Qeyd edək ki, 2023-cü ilin birinci rübündə SOCAR 4 milyon 623 min 221 ton neft ixrac edib.
Son xəbərlər
12:33
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
Ekologiya12:29
Türkiyə XİN rəsmisi: "Orta Dəhlizin strateji əhəmiyyəti yaradılacaq iqtisadi dəyərlə ölçüləcək"
İnfrastruktur12:27
Hakan Moral: Türk dövlətlərinin birliyi və həmrəyliyi qarşımızda çox böyük imkanlar açır
Din12:24
Video
Rəhim Həsənov Elçin Məsiyevin penalti qərarının yanlış olduğunu təsdiqləyib
Futbol12:24
İlham Əliyev ölkənin 30 il ərzində üzləşdiyi haqsızlığa beynəlxalq ictimaiyyətin reaksiyasına düzgün qiymət verdi - RƏY
Xarici siyasət12:24
SOCAR: "Azərkimya"nın məhsullarının ixracında əsas hədəf Avropa ölkələridir
Energetika12:23
Hesabat: Ötən il ABŞ-də 34,5 milyon nəfər yoxsulluq həddindən aşağı şəraitdə yaşayıb
Digər ölkələr12:21
Fərid Şəfiyev: "Çin–Mərkəzi Asiya marşrutunun Xəzər üzərindən uzadılmasını istəyirik"
İnfrastruktur12:18