"SOCAR-Georgia" basqın xəbərini təkzib edib
Energetika
- 01 avqust, 2015
- 05:10
Bakı. 1 avqust. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində gecə saatlarında Moskva prospektində (Tbilisi ətrafı) fəaliyyət göstərən SOCAR yanacaqdoldurma stansiyasının mağazasına basqın olunmayıb. Bu barədə "Report"a "SOCAR-Georgia" şirkətinin mətbuat xidmətindən məlumat verilib: "Qarət olunan obyekt yanacaqdoldurma stansiyasının yaxınlığında yerləşən kiçik bir mağaza olub və onun bizim şirkətə heç bir aidiyyəti yoxdur".
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri Gürcüstanda SOCAR yanacaqdoldurma stansiyasının mağazasına naməlum şəxsin soyuq silahla daxil olaraq oradan 800-900 lari (350-400 dollar) nağd pul çıxardığını yazıb.
Son xəbərlər
14:56
Yunanıstanın bir neçə regionunda meşə yanğınları tüğyan edir
Digər ölkələr14:56
"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala yüksəlib
Komanda14:44
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-ə yaxın artıb
Maliyyə14:34
Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub
Fərdi14:29
Masallıda zibil poliqonu yanır, əkin sahələri üçün təhlükə yaranıb
Hadisə14:28
Azərbaycanda manatla geniş pul kütləsi 18 %-ə yaxın artıb
Maliyyə14:24
Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib
Fərdi14:20
Azərbaycanın dörd güləşçisi Türkiyədəki beynəlxalq turnirdə medal əldə edib
Fərdi14:19