SOCAR-da Qazaxıstanın “Münaişi qız” qadın klubunun üzvləri ilə görüş keçirilib

Energetika
  • 01 may, 2024
  • 07:53
SOCAR-da Qazaxıstanın “Münaişi qız” qadın klubunun üzvləri ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Qazaxıstanın “Embamunayqaz” SC-nin “Münaişi qız” qadın klubunun üzvləri ilə görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın tvitter hesabında məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strateji hədəfləri, rəqabətli insan kapitalının əhəmiyyəti və qadınların neft-qaz sənayesinin inkişafında rolundan danışılıb.

44 - Tezliklə