SOCAR ABŞ şirkəti ilə enerji keçidinin sürətləndirilməsini müzakirə edib
- 20 yanvar, 2026
- 16:04
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın "Honeywell" şirkəti arasında enerji keçidinin sürətləndirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (WEF 2026) çərçivəsində "Honeywell" şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Vimal Kapur ilə səmərəli görüş keçirdik. Görüş zamanı qabaqcıl texnologiyaların, rəqəmsallaşmanın və innovasiyaların enerji keçidini sürətləndirmək və enerji dəyər zənciri boyunca səmərəliliyi artırmaqda oynadığı rol müzakirə olundu", - R.Nəcəf qeyd edib.
Onun sözlərinə görə, görüş, həmçinin dayanıqlılıq, bərpa olunan enerji, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün imkan yaratdı.
Within the framework of the #WorldEconomicForum2026, we had a productive meeting with Vimal Kapur, Chairman and CEO of #Honeywell. During the meeting, we discussed how advanced technologies, #digitalization, and innovation can accelerate the energy transition and enhance… pic.twitter.com/yAX9896uIQ
— Rovshan Najaf (@RovshanNajaf) January 20, 2026