Səudiyyəli nazir: “Neftin 35-40 dollarlıq qiyməti bazardan daha çox həcmləri çıxara bilər”

Energetika
  • 15 aprel, 2020
  • 07:14
Səudiyyəli nazir: “Neftin 35-40 dollarlıq qiyməti bazardan daha çox həcmləri çıxara bilər”
Abduləziz bin Salman

Neftə tələbatın kəskin şəkildə azalması şəraitində aşağı neft qiymətləri hasilatın azalması və yeni OPEC+ sazişi çərçivəsində razılaşdırılmış səviyyələri artıraraq bazarı daha da tənzimləyə bilər.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bunu razılaşmanın əsas tərəflərindən biri olan Səudiyyə Ərəbistanının enerji krallığının naziri, şahzadə Abduləziz bin Salman bildirib.

“Financial Times” nəşrinə müsahibəsində enerji krallığının naziri xatırladıb ki, ABŞ və digər yeni iştirakçıları nəzərə almaqla, keçən istirahət günlərində hasilatın azaldılması ilə bağlı əldə edilən saziş çərçivəsində gündəlik olaraq azalma 20 mln. barel və daha çox həcmlərdə ola bilər.

"Ancaq bununla belə, əgər qiymətlər bir barel üçün 35-40 ABŞ dolları dəhlizində qalarsa, yaxın bir neçə ayda təbii azalmalar daha da şiddətlənsə, təəccüblənmərəm".

Öncəki konfiqurasiyasında OPEC+ sövdələşməsinin gözlənilmədən dağılmasından sonra Ər-Riyad hasilatın kəskin artdığını elan edib və alıcılara misli görünməmiş endirimlər təklif edib. Krallıq bununla da "qiymət müharibəsi"nə başlamış olub.

Nazir bununla bağlı suala cavabında istehsalın koordinasiyası üçün kollektiv müqavilələr strategiyasından "arzuolunmaz çıxış" adlandırıb. Krallıq maliyyə yastığı yaratmaq üçün belə addımlar atmaq məcburiyyətində qaldığını və bu "rəqabəti öldürməyin sadist istəyi”nin təzahürü olmadığını qeyd edib.

"Uzunmüddətli bir istehsalçı olaraq, biz inkişaf edən tələbat səviyyəsini yaradan çiçəklənən dünya iqtisadiyyatının qayğısına qalırıq. Biz sıfır məbləğində olan oyunlarda iştirak etmirik",- deyə o bildirib.

Moskva ilə münasibətlərə gəlincə, üç ildən çox bir müddətdə mövcud olan dünya bazarı tənzimləyicilərinin tandeminin mart ayının əvvəlində acınacaqlı şəkildə çökdüyündən sonra, nazir zarafatla "boşanma vəkillərinə ehtiyacımız yoxdur", - deyib.

44 - Tezliklə