Sentyabrda Böyük Britaniyada neft-qaz sərgisi keçiriləcək
Energetika
- 13 iyul, 2015
- 09:01
Bakı. 13 iyul. REPORT.AZ/ Sentyabrın 8-11-də Aberdində (Şotlandiya) "Offshore Europe 2015" (OE 2015) adlı beynəlxalq konfrans-sərgi keçiriləcək. "Report"un sərginin rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, konfrans-sərgidə neft və qaz sənayesini təmsil edən şirkətlərin nümayəndələri, mühəndislər və ekspertlər iştirak edəcəklər.
Sərgidə müxtəlif şirkətlərin hasilat və emal sənayesində tətbiq etdikləri yeni texnolgiyaların nümayiş etdiriləcəyi deyilir.
Xatırladaq ki, iki il öncə keçirilən OE 2013-də 27 180 kv. metr ərazidə, 100-dən çox ölkəni təmsil edən 1 500-dən artıq şirkət öz məhsulunu nümayiş etdirib. Sərgidə iştirak edən ziyarətçilərin ümumi sayı isə 63 min nəfərdən çox olub.
Son xəbərlər
23:30
Foto
Kosta Rika Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır
Xarici siyasət23:18
BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək
Digər ölkələr23:07
Portuqaliyalı voleybolçu Ana Monteyru: "Azərbaycan yığması, həqiqətən, güclüdür"
Komanda23:05
Amerikanın nüfuzlu "Arxeologiya" jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub
Mədəniyyət siyasəti22:54
İmişlidə avtomobilin vurduğu piyada ölüb
Hadisə22:50
Polina Rəhimova: "Növbəti matçlarda daha yaxşı oynamağa çalışacağıq"
Komanda22:46
ABŞ Konqresi Norveçə 2,3 milyard dollar "Black Hawk" helikopterlərinin satışını nəzərdən keçirəcək
Digər ölkələr22:42
Ankarada mədəndə baş verən uçqunda yaralananların sayı 19-a yüksəlib - YENİLƏNİB
Region22:34