"Səməd Vurğun" yarımstansiyasının yenidənqurulmasına çəkiləcək xərc açıqlanıb

Energetika
  • 08 yanvar, 2025
  • 09:25
Səməd Vurğun yarımstansiyasının yenidənqurulmasına çəkiləcək xərc açıqlanıb

Bərdə şəhəri ərazisində yerləşən mövcud 35/10 kV-luq "Səməd Vurğun" yarımstansiyasının 110 kV-luq yarımstansiyaya keçirilməklə yenidənqurulmasının ehtimal olunan qiyməti 15 milyon 645 min 130,41 manat təşkil edir.

Bu barədə "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, “Azərişıq” ASC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.

Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 2 346,77 manat iştirak haqqı ödəməlidirlər.

İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.

Təkliflər fevralın 11-i saat 12:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.

44 - Tezliklə