Seçin: "2018-ci ildə neftin orta qiyməti 40-43 dollar olacaq"
Energetika
- 11 sentyabr, 2017
- 06:25
Bakı. 11 sentyabr. REPORT.AZ/ Gələn il qlobal bazarda neftin orta qiyməti 40-43 dollar/barel təşkil edəcək. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, belə bir proqnozla "Rossiya 24" telekanalına müsahibəsində "Rosneft" şirkətinin baş icraçı direktoru İqor Seçin çıxış edib.
"Şist neft istehsalı amili ilə yanaşı neft bazarına ABŞ-da maliyyə alətlərinin təsiri böyükdür. Dollar hazırda 20%-ə yaxın devalvasiya olub. Əgər siz uyğun əmsallardan istifadə edərək hesablama aparsanız, görərsiz ki, ABŞ-da neftin real qiyməti məhz 40 dollar/barel olmalıdır", - deyə İ.Seçin bildirib.
Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novak bir müddət öncə 2018-ci ildə neftin orta qiymətinin 45-55 dollar/barel olacağını ehtimal edib.
Son xəbərlər
02:30
Venesuelada zəlzələdən ölənlərin sayı 5 mini ötüb
Digər ölkələr02:10
Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb
Region02:05
İran şəhərlərində partlayışlar baş verib, SEPAH isə ABŞ-nin "MQ-9" PUA-sını məhv edib
Region01:36
İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb
Energetika01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48