“Şahdəniz” qazının ixracı 34% artıb
Energetika
- 17 iyul, 2019
- 08:00
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 13 890,9 mln. kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,9% artım müşahidə olunub.
Qazın nəqlinin 35,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 4 891,6 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 33,86%çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.
Son xəbərlər
03:17
ABŞ İran Prezidenti və XİN rəhbərinin BMT Baş Assambleyasında iştirakı üçün vizaları təsdiqləyib
Digər ölkələr02:58
ABŞ Səudiyyə Ərəbistanına 24,3 mlrd dollarlıq F-35-lərin satışını təsdiqləyib
Digər ölkələr02:45
ABŞ Kuba ilə əlaqəli 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib
Digər ölkələr02:21
Merts və Tramp Rusiya-Ukrayna münaqişəsini və Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər
Digər ölkələr01:53
Lənkəranda gənc dava zamanı ağır xəsarət alaraq komaya düşüb
Hadisə01:48
"Axios": Vaşinqton müharibədən sonrakı dövrdə İranın çəkindirmə strategiyası hazırlayır
Digər ölkələr01:17
ABŞ-də F-16 təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr01:00
UEFA Avropa Liqası: "Beşiktaş" "Marsel"i, "Yuventus" "Neymegen"i darmadağın edib
Futbol00:34