Sabah "Azərişıq" ASC-nin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Energetika
  • 22 noyabr, 2022
  • 14:08
Sabah Azərişıq ASC-nin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Sabah saat 10:00-da "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report”un ASC-yə istinadən verdiyi məlumata görə, qəbul Şəmkir şəhəri, Cahangir Əliyev 33 ünvanında yerləşən “Azərişıq” ASC-nin Şəmkir İdarəetmə və Nəzarət Mərkəzində keçiriləcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Şəmkir Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

“Azərişıq” vətəndaşların diqqətinə çatdırır ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

44 - Tezliklə