Rusiyada neft ixracına tətbiq olunan vergi 87% azaldılıb
Energetika
- 15 aprel, 2020
- 13:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Maliyyə Nazirliyi dünya bazarında neftin ucuzlaşmasını nəzərə alaraq, ölkədən ixrac olunan neftin hər tonu üçün vergini 86,9% azaldaraq 52 ABŞ dollarından 6,8 ABŞ dollarına endirib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Nazirlikdən bildirilib ki, martın 19-dan aprelin 14-nə qədər Ural neftinin orta ixrac qiyməti hər barel üçün 19 ABŞ dolları, hər ton üçün isə 138 ABŞ dolları təşkil edib. Buna görə də verginin azaldılmasına qərar verilib.
Xatırladaq ki, Rusiyanın vergi qanunvericiliyinə əsasən, əmtəə birjalarında neftin qiyməti azalanda neft şirkətlərinin federal büdcəyə ödədiyi vergi dərəcələri də müəyyən nisbətdə azaldılır.
Son xəbərlər
01:52
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Region01:18
Azərbaycan və Serbiya arasında strateji münasibətlərin inkişafı müzakirə edilib
Xarici siyasət00:55
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
Digər ölkələr00:46
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib
Futbol00:27
Tramp: CAATSA ilə bağlı problem yoxdur
Region00:00
Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür
Daxili siyasət23:49
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
Hadisə23:39
Fransa polisi beş mindən çox etirazçını saxlayıb
Digər ölkələr23:21
Foto