Rusiya İranla qazın alqı-satqısı üzrə "svop" müqavilə imzalaya bilər

Energetika
  • 23 noyabr, 2015
  • 21:14
Rusiya İranla qazın alqı-satqısı üzrə svop müqavilə imzalaya bilər

Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin Tehran səfəri çərçivəsində qazın alqı-satqısı üzrə "svop" müqavilə müzakirə olunub.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

"Svop" məsələsi təklif kimi müzakirə olundu. Təfərruatlar üzərində iş aparılmalıdır", - deyə Novak qeyd edib.

Onun sözlərinə görə, rəsmi Moskva Rusiya şirkətlərinin İran bazarına cəlb olunmasında və bu ölkədəki layihələrdə iştirakında maraqlıdır. 

44 filmi