Rusiya ötən il Azərbaycana elektrik enerjisinin ən böyük tədarükçüsü olub
- 27 fevral, 2025
- 18:11
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 164 milyon 971,53 min kilovatsaat elektrik enerjisi idxal edib ki, bu da 2023-cü ilin göstəricisindən 22,9 % azdır.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Tədarükün dəyəri 6 milyon 416,41 min ABŞ dolları (azalma 4,8 %) təşkil edib.
Azərbaycanın elektrik enerjisi idxal etdiyi ölkələr Gürcüstan, İran və Rusiya olub.
2024-cü ildə Rusiyaya 2 milyon 612,74 min ABŞ dolları dəyərində (azalma 4,7 %) 86 milyon 777,43 min kilovatsaat (azalma 6,3 %), Gürcüstana 2 milyon 810,54 min ABŞ dolları dəyərində (azalma 6,5 %) 43 milyon 239,1 min kilovatsaat (azalma 2 dəfə), İrana isə 993,13 min ABŞ dolları dəyərində (azalma 0,4 %) 34 milyon 955 min kilovatsaat (azalma 0,4 %) elektrik enerjisi tədarük edilib.
Hesabat dövründə tədarükün böyük hissəsi - bütün idxalın 52,6 %-i Rusiyanın payına düşüb.