Rəna Hümbətova: "Enerji sektorunda strategiyanın inkişaf etdirilməsi planlaşdırılır"

Energetika
  • 30 sentyabr, 2025
  • 12:07
Rəna Hümbətova: Enerji sektorunda strategiyanın inkişaf etdirilməsi planlaşdırılır

Azərbaycanda növbəti mərhələdə enerji sektorunda strategiyanın inkişaf etdirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə bildirib.

"Bu sahədə bizə peşəkar ekspertlər, gənc mütəxəssislər lazımdır ki, öz bazamız əsasında bu potensialı ölkə daxilində yaradaq və bütün bu çağırışların öhdəsindən özümüz gələ bilək, həm uzunmüddətli, həm də qısamüddətli planlarımızı təsəvvür edə bilək. Bu, həm də 2027 və 2030 strategiyamızın bir hissəsidir. Amma biz təkcə ekspertlərin potensialı ilə kifayətlənmək istəmirik, həm də geotermal enerji, karbon tutma, istifadəsi və saxlanması sahəsində çalışan texniki mühəndislərə ehtiyacımız var. Hesab edirəm ki, Təmiz Enerji Mərkəzi bizə bu həllərin tapılmasında kömək edəcək", - deyə o qeyd edib.

Direktoru müavini əlavə edib ki, sənayedə emissiyaların azaldılması üçün əsasən hidrogen, yaşıl hidrogen, təmiz hidrogen kimi texnologiyalardan istifadə edilməlidir: "Çünki indi Avropa İttifaqının direktivləri və tənzimləmələrinə görə əsas məfhum "təmiz hidrogen"dir. Biz də ölkəmizin su qıtlığı və biomüxtəlifliyin qorunması kimi amillərini nəzərə alaraq bütün mümkün həlləri tətbiq edə bilərik."

Son xəbərlər

Bütün Xəbər Lenti