Rəna Hümbətova: "Çirkab sularından bioqaz kimi həllər tətbiq edə bilərik"
- 30 sentyabr, 2025
- 10:38

Elektrikləşdirmədən sonra biz dam örtüyündəki günəş panelləri, istehlakı azaltmaq üçün günəş kollektorları və çirkab sularından bioqaz kimi həllər tətbiq edə bilərik.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə bildirib.
Onun sözlərinə görə, ev təsərrüfatları üçün vacib olan əsas məsələ binadakı enerji auditidir: "Bu enerji auditinə əsasən konkret enerji səmərəliliyi tədbirləri həyata keçirilə bilər. Buna görə də bu, bu problemi necə həll edə biləcəyimizin çox yaxın planda nəzərdə tutulur".
O bildirib ki, "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun barədə plan var: "Hökumət üçün investorlarımızın bu bazarda işləməsinə imkan verəcək qaydaları müəyyən etmək çox vacibdir. Hazırda iki yolumuz var. Birinci yol hərrac qaydaları, ikinci isə birbaşa danışıqlardır. İlk hərrac COP-29 zamanı keçirildi və ən aşağı təklifi Çin şirkəti 100 meqavat gücündə günəş layihəsi üçün etdi. Bu, kilovat-saat üçün 3,54 dollar idi. Birbaşa danışıqlar üçün "Masdar", "Acwa Power", həmçinin BP kimi etibarlı tərəfdaşlarımız var".
R.Hümbətova hesab edir ki, Azərbaycanda bir böyük külək elektrik stansiyasını istifadəyə verilməsi bərpa olunan elektrik enerjisi istehsalını artırmağa imkan verəcək: "2023-cü ildə artıq bir elektrik stansiyası "Masdar" ilə istifadəyə verildi, bu, 230 meqavat gücündə günəş elektrik stansiyasıdır. Statistika Komissiyasının hesabatına görə, biz 2023-cü ildən 2024-cü ilə qədər bərpa olunan enerji mənbələrindən istehsalı iki dəfə artırdıq, indi ölkəmizdə elektrik enerjisi şəbəkəsinin 13,5 %-i bərpa olunan enerji mənbələrindən gəlir".