Qazaxıstan “Brent” neftinin 40 ABŞ dollarına qədər bahalaşacağını proqnozlaşdırır
- 18 may, 2020
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
2020-ci ildə “Brent” markalı neftin bir barelinin qiyməti 40 ABŞ dollarına qədər arta bilər.
“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Aset Maqaulov bildirib.
Onun sözlərinə görə, istehsalın azaldılması və tələbin bərpası üçün bütün lazımi tədbirlər görülsə, “Brent” markalı neftin qiyməti 2020-ci ilin III rübündə 30-35 dollar arasında dəyişəcək.
O həmçinin bildirib ki, OPEC+ formatında iştirak edən ölkələr iyun ayından sonra neft hasilatını 2018-ci ilin oktyabr səviyyəsindən 18% azalda bilərlər.
Qazaxıstan Energetika Nazirliyinin rəsmisi xatırladıb ki, iki ay – may-iyun ayları ərzində OPEC+ ölkələri hasilatın 23% azaldılması ilə bağlı qərar qəbul ediblər: “Gələcəkdə nəzərdə tutulur ki, bu azaldılmalar yumşalacaq və 2018-ci ilin oktyabr ayının hasilat səviyyəsindən 18% az olacaq. Bununla bərabər isə heç kim bilmir ki, tələbat və təklif necə olacaq”.
Nazir müavini düşünür ki, daha dəqiq qərarlar və proqnozlar OPEC+ ölkələri arasında keçirilən iyun görüşündə müzakirə ediləcək: “Konkret qərarlar da orada qəbul ediləcək.
Hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsindən (1,709 mln. barel/gün) 390 barel/gün azaldılması ilə Qazaxıstanda gündəlik neft hasilatı iki ay ərzində 1,319 barel/gün təşkil edəcək.