Qazaxda 4 avtomobilin toqquşması nəticəsində qaz xətti yararsız hala düşüb

Energetika
  • 30 avqust, 2019
  • 14:42
Qazaxda 4 avtomobilin toqquşması nəticəsində qaz xətti yararsız hala düşüb

Qazax rayonunda N.Nərimanov küçəsində saat 17.00 radələrində 4 avtomobil bir-biri ilə toqquşub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu zaman avtomobillər orta təzyiqli qaz xəttini birləşdiyi yerdən qoparıb. Baş verən olaya görə 1 500 abonentin qaz təchizatı dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.