Qaz xəttinin zədələnməsi səbəbindən Binəqədinin qaz təchizatında fasilə yaranıb

Energetika
  • 28 dekabr, 2019
  • 10:57
Qaz xəttinin zədələnməsi səbəbindən Binəqədinin qaz təchizatında fasilə yaranıb

Bu gün saat 12:30 radələrində Binəqədi rayonu, Binəqədi şosesində avtomobillə qaz xəttini vuraraq zədələyiblər.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, fərdi yaşayış evlərindən birinin sayğacı da sıradan çıxıb. 300 abonentin qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb.

44 - Tezliklə