Qaz qurğularına aid sənədin razılaşdırılmasından imtinaların sayı azalıb

Energetika
  • 11 oktyabr, 2021
  • 11:07
Qaz qurğularına aid sənədin razılaşdırılmasından imtinaların sayı azalıb

Bu ilin iyul-sentyabr aylarında Azərbaycanda qaz qurğularına aid sənədin razılaşdırılmasından imtinaların sayı aprel-iyun ayları ilə müqayisədə 21% azalaraq 15 sənəd təşkil edib.

Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bundan əlavə III rübdə razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazələrin sayı II rüblə müqayisədə 33 % azalıb və 109 icazə təşkil edib.

Qeyd edilən dövrdə qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı II rüblə müqayisədə 15% azalıb və 706 tikinti obyekti təşkil edib.

III rübdə qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 2, elektrik şəbəkəsinə isə 4 qeyri-qanuni qoşulma faktı aşkar edilib.

Bundan əlavə həmin rübdə qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə aparılan texniki yoxlamaların sayı II rüblə müqayisədə 7,3% azalaraq 38 olub.

44 - Tezliklə