"Qarabağ" yatağında seysmik məlumatların emalı üçün SLB-i ilə müqavilə imzalanıb

Energetika
  • 16 oktyabr, 2026
  • 09:50
Qarabağ yatağında seysmik məlumatların emalı üçün SLB-i ilə müqavilə imzalanıb

Böyük Britaniyanın BP şirkəti neft-servis sahəsində fəaliyyət göstərən SLB şirkəti ilə Xəzər dənizi akvatoriyasında yerləşən "Qarabağ" yatağının işlənilməsi çərçivəsində seysmik məlumatların emalının aparılması məqsədilə müqavilə imzalayıb.

"Report"un SLB-yə istinadən məlumatına görə, bu müqavilə BP-nin operator qismində çıxış etdiyi Xəzərdəki digər dəniz neft-qaz layihələri üzrə daha öncə bağlanmış iki müqavilənin məntiqi davamı hesab olunur.

"SLB-nin dərin regional təcrübəsi və Azərbaycandakı uzunmüddətli fəaliyyəti təsvirlərin əldə edilməsinin yüksək keyfiyyəti və rezervuarlara dair praktiki biliklər ilə birlikdə Xəzər hövzəsində seysmik kəşfiyyat standartlarını formalaşdırmağa davam edir", - şirkətin rəsmi bəyanatında vurğulanıb.

Xatırladaq ki, 2025-ci il iyunun Bakı Enerji Həftəsi çərçivəsində BP şirkəti SOCAR ilə "Qarabağ" yatağının işlənməsi layihəsində 35 %-lik payın alınmasına dair saziş imzalayıb. Layihədə qalan 65 % SOCAR-a məxsusdur.

BP şirkəti "Qarabağ" yatağı üzrə yekun investisiya qərarını 2027-ci ilin ortalarına qədər qəbul etməyi planlaşdırır.

"Qarabağ" yatağı Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km məsafədə və 150-200 metr dərinlikdə yerləşir. İlkin qiymətləndirmələrə əsasən, bu yataqdakı geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur, bunun da 21 milyon ton neft və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

44 - Tezliklə