SOCAR-ın strukturu təkmilləşdirilib

Energetika
  • 11 avqust, 2021
  • 13:44
SOCAR-ın strukturu təkmilləşdirilib

Prezident İlham Əliyev “Dövlət Neft Şirkətinin (SOCAR) strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanına dəyişiklik edib.

"Report" xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, SOCAR-ın İdarə Heyəti Şirkətin prezidentindən, I vitse-prezidentindən və 12 vitse-prezidentindən ibarətdir.

44 - Tezliklə