Pərviz Şahbazov: "İraq Azərbaycanla enerji əməkdaşlığının inkişafında maraqlıdır"

Energetika
  • 05 iyul, 2023
  • 13:00
Pərviz Şahbazov: İraq Azərbaycanla enerji əməkdaşlığının inkişafında maraqlıdır

"İraq Azərbaycanla enerji əməkdaşlığının inkişafında maraqlıdır".

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov İraqın Baş nazirinin müavini və neft naziri Hayan Əbdül-Qani ilə keçirdiyi görüşdən sonra tviter hesabında yaydığı açıqlamada bildirib.

Görüş bu gündən başlayaraq Avstriyanın paytaxtı Vyanada keçirilən və sabah başa çatacaq 8-ci OPEC beynəlxalq seminarı çərçivəsində baş tutub.