Ötən ilin 11 ayında Azərbaycan qazının İtaliyaya tədarükü 2 %-dən çox artıb

Energetika
  • 03 fevral, 2025
  • 06:34
Ötən ilin 11 ayında Azərbaycan qazının İtaliyaya tədarükü 2 %-dən çox artıb

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarükü ötən ilin yanvar-noyabr aylarında 9,383 milyard kubmetr təşkil edib.

Bu barədə “Report”a İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən məlumat verilib.

Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 % çoxdur.

Ümumilikdə 2024-cü ilin 11 ayı ərzində ölkə 53,949 milyard kubmetr təbii qaz idxal edib ki, bu da bir il müqayisədə 0,6 % azdır. Bu müddət ərzində Azərbaycan qazının payı 17,4 % olub.

Qurumdan bildirilib ki, noyabr ayında Azərbaycan qazının İtaliyaya tədarükü 902 milyon kubmetr (2023-cü ilin noyabr ayı ilə müqayisədə 2,3 % çox) təşkil edib.

Eyni zamanda, noyabrda Azərbaycan qazının İtaliyaya tədarükü 6,319 milyard kubmetr (10 % çox) qiymətləndirilən ümumi idxalın 14,3 %-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.

44 filmi