Ötən il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 4 %-dək azalıb
- 02 fevral, 2022
- 07:50
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ilin dekabr ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 17,514 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 1,008 milyon barel və yaxud 6,1 % çoxdur.
2021-ci il ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 200,149 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin göstəriciləri ilə müqayisədə 7,915 milyon barel və yaxud 3,8 % azdır.
Xatırladaq ki, 2020-ci il ərzində Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 208,064 milyon barel neft nəql edilib.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.