SOCAR Türkiyədəki satışından gəlirlərini 71 % artırıb

Energetika
  • 14 avqust, 2026
  • 12:49
SOCAR Türkiyədəki satışından gəlirlərini 71 % artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə satışdan əldə etdiyi 86 milyard 309 milyon manat gəlirin 50 milyard 582 milyon manatı və yaxud 58,6 %-i İsveçrənin payına düşüb.

"Report" şirkətin maliyyə hesabatına istinadən istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6,1 % azdır.

Ötən il SOCAR-ın Türkiyədəki əsas əməliyyat gəlirləri isə 16 milyard 510 milyon manat təşkil edib. Bu da əvvəlki ilə nisbətən 71,1 % çoxdur.

Hesabat dövründə SOCAR-ın Azərbaycandakı satış hesabına gəlirləri 66,7 % artaraq 13 milyard 682 milyon manat olub.

Ötən il Birləşmiş Ərəb Əmirliklərindəki satış hesabına gəlirləri 8,7 dəfə azalaraq 1 milyard 014 milyon manat, Gürcüstandakı satış hesabına gəlirləri isə 6,9 % artaraq 1 milyard 664 milyon manat təşkil edib.

Digər ölkələrdəki satış hesabına gəlirləri isə 10,5 % artaraq 2 milyard 857 milyon manat olub.