Ötən il Neft Fonduna 457 milyon dollar bonus ödənilib

Energetika
  • 10 iyun, 2022
  • 10:28
Ötən il Neft Fonduna 457 milyon dollar bonus ödənilib

2021-ci il ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 776,9 milyon manat və yaxud 457 milyon ABŞ dolları məbləğində bonus ödənişləri daxil olub.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib

Hesabata əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana nisbətən (776,05 milyon manat) 100,1 % icra olunub.

Bildirilir ki, ARDNF-in bonus ödənişləri gəlir maddəsi üzrə proqnoz icra edilmiş, gəlirlər “Azəri-Çıra-Günəşli (AÇG) yataqlar bloku, “Şahdəniz”, “Absheron Zığ-Hövsan”, “Kürovdağ” və “Şirvan” yatağları üzrə Pay Bölgüsü haqqında Sazişləri (HPBS) ilə ödənilən bonuslardan ibarət olub.

Bildirilir ki, 14 sentyabr 2017-ci il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29,2-ci maddəsinə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard ABŞ dolları ödənilməsi nəzərdə tutulub ki, bonus məbləğinin 4-cü hissəsi olan 450 milyon ABŞ dolları məbləğində vəsait Neft Fonduna 2021-ci ilin 5 yanvar tarixində daxil olub.

2020-ci ilə nisbətən bu gəlir maddəsi üzrə Fondun büdcəsinin icrasına rəy 2021 14 daxilolmalar 9,2 milyon manat, ABŞ dolları ifadəsilə isə 5,4 milyon ABŞ dolları çox olub.