Ötən il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 45 % artıb

Energetika
  • 13 fevral, 2025
  • 08:23
Ötən il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 45 % artıb

Ötən il Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 81 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2024-cü il üzrə açıqladığı hesabata istinadən xəbər verir.

Bu, 2023-cü ilin nəticələri ilə müqayisədə 3,3 milyon ABŞ dolları və ya 4,2 % çoxdur.

Ötən il boru kəmərinin əsaslı xərcləri 20 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin göstəriciləri ilə müqayisədə 6,2 milyon ABŞ dolları və ya 44,9 % çoxdur.

2024-cü ildə CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,8 milyon kubmetr olub ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,7 milyon kubmetr və ya 4,5 % çoxdur.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %) çıxış edirlər.