Ötən il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 44 %-dək artıb

Energetika
  • 18 yanvar, 2022
  • 12:03
Ötən il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 44 %-dək artıb

2021-ci il ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 35 milyard 108,8 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilə nisbətən 18,6 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 50,2 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 17 milyard 618 milyon kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin göstəriciləri ilə müqayisədə 43,6 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

44 - Tezliklə