Ötən il Azərbaycanın ixrac etdiyi neftin təqribən 43 %-i İtaliyanın payına düşüb

Energetika
  • 22 yanvar, 2024
  • 08:37
Ötən il Azərbaycanın ixrac etdiyi neftin təqribən 43 %-i İtaliyanın payına düşüb

2023-cü ildə Azərbaycandan İtaliyaya 11 milyon 117 min 529,86 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 7 milyard 77 milyon 115,41 min ABŞ dolları təşkil edib.

2023-cü ildə Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin göstəriciləri ilə müqayisədə 24,9 %, dəyəri isə 6,6 % çoxdur.

Ötən il Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 42,68 % olub.

Hesabat dövründə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 047 min 289,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 16 milyard 240 milyon 829,63 min ABŞ dolları təşkil edib.

2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 filmi