Ötən il Azərbaycan neft ixracından gəlirini 47 % artırıb

Energetika
  • 25 yanvar, 2023
  • 11:38
Ötən il Azərbaycan neft ixracından gəlirini 47 % artırıb

2022-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 24 min 201,67 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 19 milyard 483 milyon 623,56 min ABŞ dolları təşkil edib.

2022-ci ildə ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin göstəriciləri ilə müqayisədə 4,03 % az, dəyəri isə 47,4 % çoxdur.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 51,08 % olub.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon ABŞ dolları ixracın, 14 milyard 540 milyon ABŞ dolları isə idxalın payına düşüb.