Ötən il Azərbaycan elektrik enerjisi idxalını 10 %-dək azaldıb
- 16 yanvar, 2023
- 09:37
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci İl ərzində Azərbaycanda elektrik enerjisinin idxalı 137,1 milyon kVt/saat təşkil edib.
“Report” bu barədə Energetika Nazirliyinin 2022-ci il üzrə elektrik enerjisinə dair açıqladığı operativ məlumatlarına istinadən xəbər verir.
Bildirilir ki, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 9,5 % azalıb.
Ötən il ölkəyə elektrik enerjisinin ixracı isə 3 milyard 003,8 milyon kVt/saat olub ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 1 milyard 326,7 milyon kVt/saat və ya 1,8 dəfə çoxdur.
Təkcə dekabr ayı ərzində elektrik enerjisinin idxalı 10,7 milyon kVt/saat olmaqla 2021-ci ilin dekabr ayı ilə müqayisədə 0,1 milyon kVt/saat və ya 1,9 %, ixrac isə 463 milyon kVt/saat olmaqla 2021-ci ilin müvafiq dövrünə nisbətən 177,2 milyon kVt/saat və ya 59,9 % artıb.
Xatırladaq ki, 2022-ci il ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 1 milyard 113,2 milyon kVt/saat, yəni 4 % artaraq 28 milyard 988,5 milyon kVt/saat olub. Ötən ilin dekabr ayında isə elektrik enerjisinin istehsalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 milyon kVt/saat və ya 5 % artaraq 2 milyard 724,1 milyon kVt/saat olub.