Ötən il Azərbaycan Almaniyaya neft ixracını 67 %-dən çox artırıb

Energetika
  • 23 yanvar, 2024
  • 06:35
Ötən il Azərbaycan Almaniyaya neft ixracını 67 %-dən çox artırıb

2023-cü ildə Azərbaycan Almaniyaya 1 milyon 341 min 018,14 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 871 milyon 933,82 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin göstəriciləri ilə müqayisədə 67,3 %, dəyəri isə 54,7 % çoxdur.

Almaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 5,15 % olub.

Hesabat dövründə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 047 min 289,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 16 milyard 240 milyon 829,63 min ABŞ dolları təşkil edib.

2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.