Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 7 % azalıb
- 25 fevral, 2025
- 09:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 17,571 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 1,347 milyon barel və ya 7,12 % azdır.
Xatırladaq ki, 2024-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.