Ötən ay Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 8 %-dək azalıb
- 25 fevral, 2022
- 07:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 17,499 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 1,468 milyon barel və yaxud 7,74 % azdır.
Xatırladaq ki, 2021-ci il ərzində Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 200,149 milyon barel neft nəql edilib.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.