Orxan Zeynalov: "Azərbaycan enerji interkonnektorları üçün güzəştli maliyyə cəlb etməyə çalışır"
- 02 iyun, 2026
- 17:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan enerji interkonnektorları üçün güzəştli maliyyə cəlb etməyə çalışır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.
Nazir müavinin sözlərinə görə, Azərbaycanın iştirak etdiyi enerji interkonnektoru layihələrinin güzəştli maliyyələşdirmədən yararlanması imkanları nəzərdən keçirilir: "Avropa İttifaqında strateji yaşıl enerji layihələri "Qarşılıqlı Maraqlı Layihə" (Project of Mutual Interest) və "Ümumi Maraqlı Layihə" (Project of Common Interest) statusu alaraq ciddi maliyyə dəstəyi əldə edir. Bəzi hallarda belə layihələrə 34 %-ə qədər güzəştli maliyyələşdirmə, o cümlədən qrantlar ayrılır".
O. Zeynalov ümid edir ki, bizim layihələr də bu imkanlardan yararlana biləcək. Hazırda potensial investorlarla danışıqlar davam edir".