"OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb
Energetika
- 02 may, 2026
- 21:17
"OPEC+" ölkələri iyunda neft hasilatının plan göstəricilərinin artırılmasını ilkin olaraq razılaşdırıb.
"Report" xəbər verir ki, bu barədə iki mənbəyə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, ABŞ və İran arasındakı müharibə Fars körfəzinə neft tədarükünü pozduğu üçün bu artım, əsasən, kağız üzərində qalacaq.
"Yeddi "OPEC+" ölkəsi iyun ayında neft hasilatı üzrə hədəf göstəricilərinin sutkada təxminən 188 000 barel artırılması barədə prinsipial razılığa gəlib. Bu da ardıcıl olaraq üçüncü aylıq artımdır və müharibəyə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin bu həftə qrupdan çıxmasına baxmayaraq, "OPEC+" öz planlarını yerinə yetirməkdə davam edir", - mənbələr sabahkı iclas ərəfəsində bildiriblər.
Son xəbərlər
20:28
Premyer Liqa: "Zirə" "Qəbələ"ni məğlub edib
Futbol20:20
Yunanıstan serbiyalı turistlərin Avropa İttifaqına girişini asanlaşdıra bilər
Digər ölkələr20:12
Samir Məmmədli bodibildinq üzrə Avropa çempionatının mütləq qalibi olub
Fərdi19:50
Foto
Belqraddan Bakıya birbaşa uçuş baş tutub - YENİLƏNİB
Turizm19:40
Foto
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
Komanda19:39
Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib
Hadisə19:34
Fransada hərbi poliqonda keçirilən əyləncədə 30-dan çox insan xəsarət alıb
Digər ölkələr19:14
Foto
"Bakı Marafonu 2026"nın start və finişində konsert olub
Daxili siyasət19:01