OPEC dekabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb

Energetika
  • 15 yanvar, 2025
  • 12:44
OPEC dekabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb

Dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 485 min barel təşkil edib.

"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, dekabrda Azərbaycanda gündəlik neft hasilatı noyabr ayı ilə müqayisədə 3 min barel və ya 0,61 % azalıb.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, dekabr ayında faktiki hasilat 66 min barel geriləyib.

OPEC-in məlumatına görə, ötən ilin birinci rübündə Azərbaycanda gündəlik orta hesabla 477 min barel, ikinci rübdə 475 min barel, üçüncü və dördüncü rüblərdə 486 min barel neft hasil edilib.

2023-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 503 min barel olub.