OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu azaldıb

Energetika
  • 14 mart, 2023
  • 14:31
OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu azaldıb

2023-cü ildə Azərbaycanda maye karbohidrogen hasilatı sutkada 55 min barel artaraq orta hesabla 800 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır.

"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) mart hesabatına istinadən xəbər verir ki, yanvarda əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 5 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.

Proqnozlaşdırılır ki, köhnə yataqlardakı əsas azalmanın digər yataqlarda hasilatın artırılması hesabına kompensasiya ediləcəyi gözlənilir. “Şahdəniz” və “Abşeron” qaz-kondensat layihələri hesabına artım proqnozlaşdırılır.

OPEC qeyd edib ki, “Mərkəzi Şərqi Azəri” layihəsi çərçivəsində 2023-cü ilin dördüncü rübündə xam neft hasilatına başlandıqdan sonra hasilat daha da arta bilər.

Yanvarda Azərbaycanda maye karbohidrogenlərin hasilatı aylıq əsasda 8 min barel azalaraq gündəlik orta hesabla 700 min barel təşkil edib, baxmayaraq ki, bu, illik nisbətdə gündəlik 41 min barel azalmaya bərabərdir.

Rəsmi rəqəmlərə görə, xam neft hasilatı orta hesabla sutkada 541 min barel, “Şahdəniz” yatağında isə gündəlik orta hesabla 150 min barel olub.

OPEC-in hesablamalarına görə, 2022-ci ildə Azərbaycanda maye karbohidrogenlərin tədarükü 2021-ci illə müqayisədə sutkada 40 min barel azalacaq, orta hesabla sutkada 700 min barel olacaq.

44 - Tezliklə