OPEC Azərbaycanda bu il üçün orta gündəlik hasilat proqnozunu artırıb
- 14 iyun, 2022
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün orta gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 80 min barel artırıb.
"Report"un məlumatına görə, bu barədə qurumun may ayı üçün açıqladığı hesabatında deyilir.
Bildirilir ki, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır, amma bu, əvvəlki gözləntilərdən 56 min barel çoxdur.
OPEC-in qiymətləndirilmələrinə görə, 2021-ci il ərzində Azərbaycanda gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı 10 min barel artaraq 700 min barel səviyyəsində olub.
OPEC-in proqnozunda qeyd olunur ki, bu ilin aprel ayında ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 4 min barel azalaraq, illik müqayisədə isə 20 min barel artaraq 700 min barel təşkil edib. Azərbaycan neftinin hasilatı daha əvvəlki ay ilə müqayisədə 3 min barel artaraq gündəlik olaraq 583 min barel səviyyəsində olub. Eyni zamanda, “Azəri-Çıraq-Günışli” (AÇG) yataqlar blokundan hasil edilən xam neft hasilatı orta hesabla 148 min barel təşkil edib.
2022-ci ildə yeni layihələrin icrasına başlanılması gözlənilmir. Bildirilir ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda və digər köhnə yataqlarda əsas neft hasilatının azalması “Şahdəniz-2” və “Abşeron” kondensat yatağı kimi layihələrin hesabına hasilatın artırılmasına nail olunacaq.