"OPEC+" apreldə neft hasilatını gündəlik 170 min barel artıra biləcək
- 04 mart, 2026
- 17:05
Əvvəllər icazə verilən səviyyələri keçən dövlətlər tərəfindən yenilənmiş kompensasiya qrafikləri nəzərə alınmaqla, "OPEC+"un aprel ayı üçün ümumi kvotası gündəlik 37,902 milyon barel təşkil edəcək.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə OPEC-in məlumatlarında deyilir.
Məlumata əsasən, bu göstərici isə mart ayı planından gündəlik 170 min barel çoxdur.
Kompensasiya planına edilən düzəlişlərə görə cari ay üçün kvota gündəlik 37,823 milyon bareldən gündəlik 37,732 milyon barelə endirilib. Fevral kvotası isə gündəlik 37,699 milyon bareldən gündəlik 37,761 milyon barelə yüksəlib.
Beləliklə, martda alyansın ümumi kvotası fevrala nisbətən gündəlik 29 min barel azalacaq, halbuki daha əvvəl hasilatın gündəlik 124 min barel artacağı gözlənilirdi.
Fevraldan iyuna qədər bütün "qayda pozanlar"ın kompensasiya etməli olduğu artıq hasilatın həcmi gündəlik 3,944 milyon barel təşkil edir. Bir ay əvvəl bu göstərici gündəlik 4,333 milyon barel idi, lakin yanvar ayı üzrə kompensasiyaları da nəzərə alırdı.