OPEC 2023-cü il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu artırıb

Energetika
  • 14 dekabr, 2022
  • 07:03
OPEC 2023-cü il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu artırıb

2022-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən illə müqayisədə sutkada 27 min barel azalacaq və orta hesabla gündəlik 700 min barel təşkil edəcək.

"Report" Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) istinadən xəbər verir ki, bu göstərici üçüncü rübdə hasilatın azalması ilə bağlı və 2022-ci ilin dördüncü rübündə əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən gündəlik 21 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.

OPEC qeyd edib ki, oktyabrda Azərbaycanda maye karbohidrogenlərin hasilatı aylıq nisbətdə cüzi bir şəkildə gündəlik 7 min barel artaraq orta hesabla 700 min barel təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici gündəlik 50 min barel azalıb.

Rəsmi məlumatlara görə, xam neft hasilatı sutkada orta hesabla 551 min barel, “Şahdəniz”də isə orta hesabla 134 min barel olub.

Hesabata görə, gözlənilir ki, köhnə yataqlardakı əsas azalma digər yataqlarda, məsələn, BP-nin operatoru olduğu konsorsiumun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında hasilatın artırılması ilə kompensasiya ediləcək.

OPEC və qeyri-OPEC nazirlərinin 33-cü iclasında razılaşdırılmış könüllü hasilat səviyyələrinə uyğun olaraq, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 59 min barel artacağı, orta hesabla 800 min barel olacağı proqnozlaşdırılır.

Artımın “Şahdəniz” və “Abşeron” qaz-kondensat layihələri ilə təmin ediləcəyi proqnozlaşdırılır. OPEC-in hesabatına görə, 2023-cü ildə “Mərkəzi Şərqi Azəri” layihəsi işə salındıqdan sonra hasilat daha da arta bilər.