​OMV Adriatik dənizində kəşfiyyat işləri aparacaq

Energetika
  • 30 iyul, 2015
  • 11:58
​OMV Adriatik dənizində kəşfiyyat işləri aparacaq

Bakı. 30 iyul. REPORTAZ/ Avstriyanın OMV neft-qaz şirkəti Xorvatiyanın Adriatik dənizi sahillərində neft-qaz kəşfiyyatını aparmaq üçün lisenziya əldə edib. "Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun özü məlumat yayıb.

Məlumata görə, uzunmüddət davam edən mübahisələrdən sonra yaradılan konsorsium çərçivəsində "Marathon Oil" OMV-nin lisenziyasını bərpa etmək qərarına gəlib.

Qeyd edək ki, yanvar ayında Xorvatiya Adriatik dənizində qazma işləri aparmaq üçün 10 lisenziyadan 7-ni "Marathon Oil" və OMV-yə verib. Digər lisenziyaları isə Xorvatiya dövləti və Macarıstanın MOL şirkətinin birgə yaratdığı INA, İtaliyanın Eni və "Medoilgas" şirkətləri alıb.