Oktyabrda Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 24 % artıb

Energetika
  • 21 noyabr, 2022
  • 09:37
Oktyabrda Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 24 % artıb

Bu ilin oktyabr ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 20,749 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 3,99 milyon barel və yaxud 23,8 % çoxdur.

Bu ilin yanvar-oktyabr aylarına isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 185,128 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,17 milyon barel və yaxud 12,2 % çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

44 - Tezliklə